image-reklam-veteninfo
image-1backend

“Ukrayna sadəcə yardım istəmir”- Ukraynanın xarici işlər naziri

image-reklam-veteninfo

Ukraynadakı müharibədə həlledici dönüş nöqtəsi yetişib. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga Helsinqborqda keçirilən Ukrayna–NATO Şurasının qeyri-rəsmi iclasında bəyan edib.

Vətəninfo.az xəbər verir ki, nazir hazırda Moskvaya təzyiqlərin getdikcə artdığını vurğulayıb.

“Ukrayna sadəcə yardım istəmir, o, təhlükəsizlik donorudur”
Andrey Sibiga qeyd edib ki, Ukrayna artıq Alyans ölkələri üçün sadəcə yardım istəyən tərəf deyil, bərabərhüquqlu tərəfdaşdır:

“Ukrayna artıq sadəcə ianə istəmir; biz təhlükəsizliyin təmin olunmasında iştirakçı, donor və öz təcrübəsini müttəfiqləri ilə bölüşməyə hazır olan tərəfdaşıq. Müdafiə xərclərinin artırılması sülhün təminatıdır”, — deyə ukraynalı nazir bildirib.

O, hər bir NATO üzvünü Ukraynanın müdafiəsinə töhfə verməyə çağırıb və bu investisiyanın gələcəkdə ən böyük “sülh dividenti” gətirəcəyini vurğulayıb.

Rusiya insan resursu üstünlüyünü itirir
XİN rəhbərinin sözlərinə görə, cəbhədəki vəziyyət Rusiyanın canlı qüvvə üstünlüyünün artıq həlledici faktor olmadığını göstərir:

“Ukrayna müdafiə xəttini saxlayır və Rusiyanın insan resursları artıq həlledici üstünlük təşkil etmir. Sülhə nail olmaq üçün biz üç əsas elementə diqqət yetirməliyik: diplomatiya, təzyiq və güc”, — deyən nazir, sülh naminə səylərə yeni bir təkanın lazım olduğunu əlavə edib.

Qeyd edək ki, fevralın sonundan etibarən Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar müvəqqəti olaraq dayanıb. Buna səbəb ABŞ-ın diqqətini Yaxın Şərqə yönəldərək İrana qarşı hərbi əməliyyatlara başlaması olub. Son zamanlar həm ABŞ, həm də Ukrayna tərəfi danışıqların dalana dirəndiyini etiraf ediblər.

Bununla belə, beynəlxalq arenada fərqli dinamika müşahidə olunur. CNN-in yaydığı son məlumata görə, ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri zamanı Çin lideri Si Cinpin Rusiyanın Ukraynaya təcavüzündən peşman ola biləcəyini qeyd edib və döyüş meydanındakı yeni meyllər də bu proqnozun doğruluğunu göstərir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki