Türkiyənin yerli və milli baza stansiyası ULAK ilk dəfə Anka pilotsuz uçuş aparatı (PUA) üzərindən 4.5G xidməti göstərdi.
Vətəninfo.az xəbər verir ki, Müdafiə Sənayesi Departamentinin rəhbəri İsmail Dəmir milli baza stansiyası ULAK-ın Anka PUA-ya inteqrasiya olunduğunu açıqlayaraq “twitter” hesabında belə yazıb: “Layihə çərçivəsində ilk sınaq uçuşu və açıq şəbəkədə ilk audio və video rabitəsi həyata keçirildi. Təbrik edirik”.