image-img-20220618-wa0025backend

Ulu Öndər hər zaman xalqına arxalanmışdır

image-reklam_sirab_01

Ulu Öndər hər zaman xalqına arxalanmışdır.

Bu gün ölkəmizin hər yerində xalqımıza xilas, dövlətimizə qurtuluş bəxş edən ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi-15 İyun Milli Qurtuluş Günü münasibətilə geniş tədbirlər keçirilir. Xalq ulu öndərinə öz sevgi və məhəbbətinin hədsiz olduğunu bir daha nümayiş etdirmək üçün şənlik edir, bayram libasına bürünür. Söhbət etdiyimiz “Azərbaycan Fermer” qəzetinin baş redaktoru Nuhəli Kərimov 15 İyun Milli Qurtuluş Gününün xalqın xilası və nicatı günü olduğunu bildirdi:  – 1993-cü il iyunun 15-i Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıc günü kimi tariximizə qızıl hərflərlə əbədi həkk olunmuşdur. 15 il əvvəl Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ömrünün qalan hissəsini də dövlətçiliyimizin qorunması və möhkəmlənməsinə həsr etmiş, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmişdir. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə xaos, böhran və özbaşınalıq yaranmışdır. Belə bir məqamda xalqın təkidi ilə Bakıya gələn Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin yenidən itirilməsi təhlükəsinə birdəfəlik son qoyuldu.

Xatırlatmaq yerinə düşər ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan mürəkkəb və ziddiyyətli proseslərin məngənəsində sıxılırdı.  Bakıda hakimiyyət uğrunda aparılan savaş cəbhədə torpaqlarımızın itirilməsi ilə nəticələnirdi. İqtisadiyyat tənəzzülə uğrayır, dövlət müstəqilliyimizin məhv olması problemi ortaya çıxırdı. Xalqın sabaha olan inamı isə tamamilə sarsılmışdır. Belə ağır və faciəli günlərdə xalqımız böyük uzaqgörənlik nümayiş etdirərək, ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə qaytardı. Məhv olmaq həddinə çatmış dövlətçiliyimiz, vətəndaş müharibəsinə sürüklənən xalqımız ulu öndərin uzaqgörənliyi, qətiyyəti və iradəsi sayəsində ağır vəziyyətdən qurtuldu.

Milli Qurtuluş Azərbaycan xalqının xaosdan, özbaşınalıqdan qurtarması, milli dövlətçiliyimizin xilası, nadanlığa və cahilliyə son qoyulması deməkdir. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə ümummilli liderimiz Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq, ölkə rəhbərliyinə qayıtması, əslində, Onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatını, qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı qəlbinin hökmü ilə öz üzərinə götürməsi idi. Bu, sözün əsil mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan geniş ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi. Ulu öndər Heydər Əliyev Azərbaycan üçün, xalqımız üçün çox işlər gördü. Son dərəcə mürəkkəb bir şəraitdə siyasi hakimiyyətə gələn Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. Fəlakət qarşısında olan Azərbaycan düşdüyü ağır vəziyyətdən ümummilli liderin əzmi və iradəsi ilə çıxarıldı. Ulu öndər Azərbaycanı dünyaya tanıtdı. Ona görə də, Azərbaycan xalqı öz xilaskarını sevir və onun ruhu qarşısında baş əyir. Nə qədər Azərbaycan xalqı və dövləti var, ulu öndərimiz Heydər Əliyev də yaşayacaq. Onun qurub yaratdığı müstəqil Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutmaqda davam edəcək.Yeri gəlmişkən, onu da vurğulamaq istərdim ki, Azərbaycan xalqı həm də ona görə xoşbəxt xalqdır ki, Onun ümummilli liderimiz Heydər Əliyevin ideyalarını uğurla davam etdirən İlham  Əliyev kimi Prezidenti var. Cənab İlham  Əliyev xalqa və dövlətə xeyirli, gərəkli əməlləri ilə nəinki Cənubi Qafqazda, ümumiyyətlə, dünyada ən tanınan və qəbul edilən nüfuzlu liderlərdəndir. Birmənalı şəkildə demək olar ki, Azərbaycan xalqı ölkə Prezidenti İlham  Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara, nailiyyətlərə imza atacaq. Qısası, Azərbaycan dövlətinin sabahı, bugünü kimi parlaq və uğurlu olacaq.

 

Nəsimi rayon təhsil işçisi

Əhmədova Cavahir,


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki