Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında Ulu Öndərin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunmuş “Nurlu ömrün anları” tamaşası nümayiş etdirilib.
Rayon Mədəniyyət Mərkəzində təqdim olunan səhnə əsərini Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri seyr ediblər.
Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu “Nurlu ömrün anları” tamaşası ağstafalı teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.