image-reklam-veteninfo
image-1backend

Vilayəti: “Tarix satılmır!” 

image-reklam-veteninfo

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Milli Fars Körfəzi Günü münasibətilə “X” hesabında paylaşım edib.

Vətəninfo.az xəbər verir ki, o, paylaşımında regionun tarixi adının təhrif edilməsinə cəhdləri tənqid edərək, buna sərt reaksiya verib.

Vilayəti ABŞ prezidenti Donald Trampa da müraciət edərək, bölgənin müstəmləkə keçmişinə diqqət çəkib və tarixi faktların dəyişdirilməsinin mümkün olmadığını bildirib.

“Cənab Tramp, kral Çarlz sizə xatırlatdığı kimi, əgər Britaniya olmasaydı, bu gün fransız dilində danışmalı olacaqsınız, ona köhnə müstəmləkə xəritələri barədə soruşmaq yaxşı olardı,” – deyə o qeyd edib.

İran rəsmisi vurğulayıb ki, “Fars Körfəzi” adı ABŞ-nin yaranmasından çox-çox əvvəl beynəlxalq xəritələrdə yer alıb və tarixi sənədlərlə təsdiqlənir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki