image-erdogan-putinbackend

Vladimir Putin Ukrayna münaqişəsinə tez son qoymağa çalışır-ƏRDOĞAN

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinə mümkün qədər tez son qoymağa çalışır. Onun fikrincə, Kiyev də Moskva kimi düşünməlidir.

Vətəninfo.az xəbər verir ki, Ərdoğan  bu barədə PBS telekanalına müsahibəsində bildirib.

Özbəkistanın Səmərqənd şəhərində keçirilən ŞƏT sammiti çərçivəsində Putinlə görüşündən danışan Türkiyə prezidenti deyib ki, başa düşdüyü kimi, Rusiya prezidenti Ukrayna münaqişəsini mümkün qədər tez bitirməyə çalışır, çünki bu, böyük fəlakətlər gətirir. . Ərdoğan qeyd edib ki, hazırda Kiyev və Moskva arasında 200 məhbusun mübadiləsinə dair razılaşma var ki, bu da yaxşı əlamətdir. Ərdoğan həmçinin qeyd edib ki, hazırda Rusiya kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılması mexanizmi hazırlanır. Bütün bunlar, Ərdoğanın fikrincə, yaxşı dinamikadır, amma vacibdir ki, əvvəlcə Kiyev də Moskva kimi düşünsün, sonra hər kəs müharibəni bitirməkdə qərarlı olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki