Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanı, general Andrey Volkov Xankəndi şəhərində Qarabağ separatçıları ilə görüşə gəlib.
Vətəninfo.az xəbər verir ki, bu barədə informasiyanı “hraparak.am” saytı yayıb.
Ermənilər hazırda Verazndi meydanında separatçıların “hökumətinin” binası qarşısına toplaşıblar.
Vətəndaş fəal Tiqran Petrosyanın sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin komandanı general Andrey Volkovla danışıqlar aparılır.
“Görüş qurtardıqdan sonra o, (Volkov) bizdən tez çıxacaq”, – deyə T. Petrosyan erməniləri meydana toplaşmağa çağırıb.
Bundan əvvəl bildirilmişdi ki, bir qrup etirazçı Xankəndidən Rusiya sülhməramlılarının bazasının yerləşdiyi Xocalı aeroportuna yollanıb.
Ermənilər Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovla görüşmək istədiklərini bildiriblər və dünən gecə ərazidə qalıblar.