image-reklam-veteninfo
image-1backend

Volodin  Paşinyanı təhqir etdi: Paşinyanın alçaqlığı və ləyaqətsizliyi…

image-reklam-veteninfo

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya qarşı qeyri-dost siyasət yürüdür.
Volodin sosial media paylaşımında Paşinyanı təhqir edib.

“Ermənistanın Baş naziri Paşinyan ölkəmizin təqdim etdiyi imkanlardan rəzilcəsinə istifadə edərək, Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət aparır”, – deyə Volodin yazıb.

O qeyd edib ki, Rusiya Ermənistana qazı “öz ziyanına” olmaqla hər min kubmetr üçün 177,5 dollara satır. Bu isə Avropadakı mövcud qiymətdən (633 dollar) təxminən dörd dəfə ucuzdur. Lakin spikerin sözlərinə görə, Rusiya bunun müqabilində “Paşinyanın alçaqlığı və ləyaqətsizliyi” ilə üzləşir.

Duma sədrinin fikrincə, Paşinyanın Avrasiya İqtisadi İttifaqında qalmaq istəyi, Avrasiya məkanından maliyyə məqsədləri üçün istifadəni davam etdirmək cəhdidir.

“Hansı ki, məhz bu tərəfdaşlıq sayəsində Ermənistanın Ümumi Daxili Məhsulu 2,5 dəfə artıb”.

Volodin həmçinin xatırladıb ki, Ermənistan parlamenti ölkənin Avropa İttifaqına daxil olması prosesinin başladılması barədə qanun qəbul edib və bir qədər əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını tanıyaraq onun tamhüquqlu üzvünə çevrilib.

“Siyasi baxımdan Paşinyan tərəfindən bütün qərarlar artıq qəbul edilib – bu qərarlar Rusiya ilə müharibə aparan və ölkəmizə qeyri-dost olan dövlətlərlə münasibətlərin qurulmasının xeyrinədir”, – deyə spiker vurğulayıb.

Xatırladaq ki, mayın 4-də Ermənistanda Avropa Siyasi Birliyinin səkkizinci sammiti keçirilib. Sammit çərçivəsində Paşinyan Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb və tərəflər danışıqları ingilis dilində aparıb. Bundan başqa, Zelenski Sammitdə çıxış edərək Rusiya əleyhinə açıqlamalar verib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bəyan edib ki, Ermənistan hakimiyyəti bu addımlarla Rusiyaya qarşı yönəlmiş hərəkətlər etməyəcəkləri barədə verdiyi vədi pozub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki