image-reklam-veteninfo
image-1backend

WSJ: İran yeraltı obyektlərdə ballistik raket istehsalını bərpa edir

image-reklam-veteninfo

İran ABŞ və İsrailin zərbələri nəticəsində zərər görmüş raket sənayesini yenidən bərpa etməyə başlayıb.

“The Wall Street Journal”ın (WSJ) məlumatına görə, Tehran hazırda əvvəlcədən ehtiyatda saxlanılan komponentlərdən istifadə etməklə ballistik raketlərin yığımını həyata keçirir.

ABŞ və Yaxın Şərq rəsmilərinin bildirdiyinə görə, İranın raket istehsalının bərpası bir sıra yeraltı obyektlərdə müşahidə olunur. Bu obyektlər arasında Tehranın cənub-şərqində yerləşən Xocir raket kompleksi də var.

Məlumata əsasən, İran həm maye yanacaqlı, həm də bərk yanacaqlı ballistik raketlərin yığımını bərpa edib.

Qeyd olunur ki, ABŞ və İsrailin əvvəlki zərbələri İranın raket komponentlərinin istehsalında istifadə olunan bir sıra sənaye obyektlərinə ciddi ziyan vurub. Buna baxmayaraq, Tehran mövcud ehtiyatlardan yararlanaraq daha məhdud həcmdə raket istehsalını davam etdirir.

Mənbələr həmçinin bildirirlər ki, İran raketlərin yığılması üçün yeni yeraltı məntəqələr yaratmağa çalışır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki