image-reklam-veteninfo
image-1backend

WSJ: “ Səudiyyə Hörmüzdən imtina edib” 

image-reklam-veteninfo

“The Wall Street Journal” qəzeti xəbər verib ki, Səudiyyə Ərəbistanı Hörmüz boğazının bağlanması səbəbindən mədən və kimya sənayesi məhsullarının ixracının bir hissəsini dənizdən quru marşrutlara yönəldib və bunun üçün geniş logistika şəbəkəsi qurub.

Vətəninfo.az xəbər verir ki, bu ölkə Fars körfəzindəki limanlardan asılılığı azaltmaq üçün Qırmızı dəniz istiqamətində yeni daşınma zənciri formalaşdırıb. Bu məqsədlə minlərlə yük maşını vasitəsilə malların ölkə daxilində daşınması sürətləndirilib.

Şirkət rəsmilərinə istinadən bildirilir ki, “Maaden” kimi iri dövlət şirkətləri qısa müddətdə logistika axınını yenidən təşkil edərək, minlərlə yük maşını ilə fasiləsiz daşımalar sistemi qurublar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki