image-reklam-veteninfo
image-1backend

WSJ: “Tramp  İran rejimini xilas edir?” 

image-reklam-veteninfo

“The Wall Street Journal” qəzetinin redaksiya heyəti dərc etdiyi tənqidi məqalədə ABŞ prezidenti Donald Trampın İran siyasətini müzakirə edib.
Vətəninfo.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Vaşinqton nüvə razılaşması imzalanmadan əvvəl Tehrana güzəştlər edir və bunun ABŞ maraqlarına zərər verə biləcəyi vurğulanır.

Redaksiya heyəti yazır ki, ABŞ ictimaiyyətində əsas suallardan biri “Budurmu?” şəklində səslənir və 38 günlük müharibədən sonra əldə olunan nəticələrin kifayət edib-etmədiyi müzakirə olunur.

Məqalədə bildirilir ki, 47 günlük atəşkəs strateji geriləmə riski yarada bilər. Eyni zamanda, zəif və ya uğursuz bir razılaşma, enerji qiymətlərinin azalmasına səbəb olsa belə, uzunmüddətli perspektivdə Donald Trampın siyasi mövqeyinə zərbə vura bilər.

Redaksiya yazısında vurğulanır ki, İran hakimiyyəti müharibəyə siyasi və iqtisadi problemlər fonunda daxil olub və müharibə bu çətinlikləri daha da artırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki