image-reklam-veteninfo
image-1backend

Xamenei:”Bölgənin gələcəyi ABŞ-ın iştirakı olmadan formalaşacaq”

image-reklam-veteninfo

İranın ali dini lideri Müctəba Xamenei Fars Körfəzi Milli Günü münasibətilə yaydığı bəyanatda regionun gələcəyinin ABŞ-ın iştirakı olmadan formalaşacağını və Hörmüz boğazı üçün hazırlanan yeni hüquqi-inzibati çərçivənin sabitliyi artıracağını bildirib.

Xarici güclərin, xüsusilə ABŞ-ın mövcudluğunu əsas qeyri-sabitlik mənbəyi kimi xarakterizə edən Xamenei artıq yeni bir mərhələnin başladığını vurğulayıb.

O, Hörmüz boğazı və Oman körfəzinin strateji əhəmiyyətinə diqqət çəkərək, İranın yeni idarəetmə yanaşması ilə bu su yollarında təhlükəsizliyi təmin edəcəyini qeyd edib. Müctəba Xamenei uzaq ölkələrdən gələn xarici aktorların bu gələcəkdə yeri olmadığını və region ölkələrinin ortaq taleyi paylaşdığını xatırladaraq son hadisələrin “yeni regional nizamın” göstəricisi olduğunu bildirib.

Bu bəyanat fevralın 28-də İran, ABŞ və İsrail arasında başlayan və qlobal enerji axınını təhlükə altına alan gərginliyin kövrək atəşkəs fonunda davam etdiyi bir vaxtda səslənib. Aprelin 8-də elan olunan atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, dəniz təhlükəsizliyi ilə bağlı diplomatik danışıqlar çətinliklə davam edir.

ABŞ danışıqlarda üstünlük qazanmaq üçün İranın neft ixracını məhdudlaşdırmağa çalışır və bu məqsədlə ölkə limanlarını mühasirəsində saxlayır.

Qeyd edək ki, atası Əli Xameneinin ölümündən sonra martın 9-da İranın ali dini lideri seçilən Müctəba Xamenei vəzifəyə gəldiyi gündən etibarən yalnız yazılı bəyanatlar vasitəsilə xalqa müraciət edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki