image-333backend

Xankəndidən xəbər var: Separatçılar güzəştə hazır olduqlarını deyirlər

image-reklam_sirab_01

Qarabağdakı separatçıların artıq imkanları tükənməyə başlayıb. Onlar 17 gündür davam edən aksiyadan sonra çıxış yollarının olmadığını və bu səbəbdən də güzəştə getməkdən başqa çıxış yollarının qalmadığını etiraf ediblər. Vətəninfo.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti Qarabağdakı mənbələrdən alıb.

Həmin məlumatda deyilir ki, separatçılar ərzaq və digər təminatlarının bitdiyini, boş qalmış anbarları doldurmaq üçün heç bir imkanları olmadıqlarını etiraf ediblər. Həmçinin bu şəkildə uzun davam etməyəcəyini də diləgətiriblər. Belə ki, onlar Qarabağda yaşayan dinc ermənilərin günün birində separatçılara qarşı üsyana qalxa biləcəklərindən ehtiyat edirlər.

“Hraparak” yazır ki, hazırda separatçılar bir neçə təklif üzərində işləyirlər. Həmin təkliflərdən biri də Azərbaycan, Rusiya və Qarabağdakı separatçıların nümayəndələrinin üçtərəfli görüşünün keçirilməsidir. “Qarabağdakı hakim siyasi elitadan aldığımız məlumata görə, onlar güzəştə getməyəhazırdırlar. Onlar bildirirlər ki, bölgədəki rus sülhməramlıları ilə apardıqları heç bir danışıq nəticə vermir. Üstəlik, ruslar onlara çatdırıb ki, yolu açmaq üçün gücdən istifadə etmək səlahiyyətləri yoxdur. Bunu yalnız Moskvadan gələn təlimata əsasən edə bilərlər ki, Kremldə bunu məqbul hesab etmir. Belə olan vəziyyətdə siyasi elita çıxış yolunu Azərbaycana güzəştə getməkdə, mütəxəssisləri Xocalıdakı qızıl mədənlərində monitorinq aparmağa razılıq verməkdə görürlər”.

Erməni nəşri yazır ki, separatçılar arasında bu məsələdə fikir ayrılığı da var. Xüsusən də Qarabağdakı daşnakların nümayəndəsi Artur Mosiyan qəti şəkildə güzəştə getməyin əleyhinədir. “Azərbaycan üçtərəfli razılaşmanı pozub. Yolu açmalıdırlar. Əgər açmasalar, dözərik”.

Amma Mosiyan özü də etiraf edib ki, onlar başqa çıxış yolu da təklif edə bilmirlər. Ümidləri isə Ermənistan və xaricdəki bəzi havadarlarınadır. Yəni, diaspora beynəlxalq təşkilatları qızışdıraraq, onların əli ilə Azərbaycana təsir edə biləcəklərinə ümid bağlayırlar. Lakin bütün bunlara baxmayaraq, güzəşt olmadan da bunların mümkün olmayacağını da etiraf edib. “Düzdür, Azərbaycan mütəxəsisslərininin yataqlarda monitorinq aparmaları təhlükəli deyil. Sadəcə, biz Azərbaycanın bununla kifayətlənməyəcəyini düşünürük. Əmin deyilik ki, sabah tələblər dəyişməyəcək. Məhz bundan sonra məcburiyyətdən irəli gələn addımları atmaq olar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki