image-babayanbackend

Xankəndindəki separatçılar Paşinyana meydan oxuyur: “ÖLÜMÜNƏ DÖYÜŞƏK VƏ …”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər veürir ki, hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarət zonasında olan Azərbaycanın Xankəndi şəhərindəki separatçıların, qondarma  xarici işlər naziri David Babayan Ermənistanın baş naziri Nikol Paşinyanın Gömrüdə öz deputatları ilə keçirdiyi qapalı iclasdakı çıxışına cavab verib.

Qeyd edək ki, Paşinyan qapalı toplantıda bəyan edib ki, Ermənistanın iki yolu var, ya Azərbaycanın irəli sürdüyü şərtləri qəbul edib,bölgəyə sülh gəlməlidir,ya da Ermənistan irəli sürülən sqülh razılaşmalarından imtina edib, yenidən Azərbaycanla müharibə aparmalıdır. Paşinyan bildirib ki, 44 günlük müharibə ilə ölkəsi  ciddi şəkildə Azərbaycan tərəfindən cəzalandırılıb və bu yol,əlavə itgilərin olması deməkdi.

Nikol Paşinyanın qapalı iclasdakı çıxışının mediaya sızmasından sonra, Xankəndindəki  separatçılar ciddi şəkildə narahat olmağa başlayıblar.

Bu separatçılardan biri, David Babayan açıqlama verərərk bildirib ki, onların daim danışdığı, aydın şəkildə tərtib edilmiş qırmızı xətləri var: “O qırmızı xətt ümumbəşəridir, təkcə hökumət üçün deyil, bütün ictimaiyyətin, o cümlədən bütün Ermənistanın ümumi iradəsi üçün. Həmin qırmızı xətt belədir: Artsax Azərbaycanın bir hissəsi ola bilməz, istisnadır”.  Babayan açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyana cürət edib üstüörtülü cavab belə verib: “Sabah kimsə deyirsə ki, sən Azərbaycanın bir parçası olmalısan, iki çıxış yolu var: ya müharibə, ya qırğın, ya da əhalinin sayının azaldılması.Məsələn, qadınların və uşaqların getməsi, kişilərin isə ölümünə döyüşməsi ola bilər.Bu da bir seçimdir, lakin biz o ölkənin bir hissəsi olmayacağıq.Çünki bu, təkcə Artsaxın deyil, həm də Ermənistanın ölümü, məhvidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki