image-7444859f-41b9-40d8-8915-57dcc1b306fabackend

Xəzər dənizinin nəhəng potensialı var

image-reklam_sirab_01

 

Xəzərin nəhəng imkanları var.Azərbaycan alternativ enerji ilə bağlı bir çox enerji şirkətləri ilə danışıqların aktiv mərhələsindədir.Artıq qiymətləndirilib və məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı və imkanları 150 000 meqavatdır. Bu, böyük həcmdir.Düşünürəm ki, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərinin alternativ enerji resursları baxımından böyük potensialı var.. Xüsusilə də Kəlbəcər və Laçında, eləcə də digər ərazilərdə. sadəcə külək və günəş potensialını təxminən 9-10 min meqavat olaraq proqnozlaşdırılmışdır. Böyük potensialı olan suyu da bura daxil olunsa, təxminən 1000 meqavat əlavə həcm olar. Bütün bunlar hökumətimiz tərəfindən hazırda ciddi şəkildə həll edilir.

“Xəzər dənizi elektrik enerjisinin istehsalı üçün də  nəhəng külək potensialına malikdir “.Bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin külək enerjisi potensialı 157 giqavatt həcmində qiymətləndirilir.

Bunuda qeyd etmək istəyirəm ki, Xəzər dənizi böyük həcmdə karbohidrogen ehtiyatlara malikdir. Müxtəlif hesablamalara görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır.Əlavə olaraq dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər. Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həmdə ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır.

Bu region zəngin neft və təbii qaz ehtiyatları baxımından 21ci əsrin enerji istehsalının mərkəz nöqtələrindən  biri olaraq görülməkdədir. Xəzərin təbii ehtiyatları haqqında müxtəlif mənbələrdən fərqli məlumatlar mövcuddur. ABŞ-ın Enerji İnformasiya Adminstrasiyasının (U.S. EIA) statistik məlumatlarına görə, Xəzər də kəşf olunmuş 48 milyardbarel neft və 8,2 trln m3 dəyərində enerji ehtiyatları mövcuddur. Neft ehtiyatlarının 41%-i (19.6mlrd bareli), qaz ehtiyatlarının 36 %-i (3 trln m3-i) dəniz (offshore) yataqlarında cəmlənib.Resurların uyğun olaraq 35% və 45%-i quruda yerləşən (onshore) yataqlardadır. Qalan ehtiyatlar isə sahildən 100 mil uzaqlıqdadır. EİA-nın məlumatlarına əsasən, kəşf olunmamış, ehtimal olunan neft ehtiyatları 20 milyard barel, qaz ehtiyatları isə 7 trln m3 həcmində dəyərləndirilir.. Xəzər regionu əsas ixrac istiqaməti sayılan Avropanın enerji təminatında hələ ki, böyük rol oynamasa da, Avropa İttifaqı bu regionu əsas diversifikasiya strategiyası kimi qəbul edir.Ümumiyyətlə Xəzər regionu baxımından da ən optimal variant məhz Avropadır. Yaranan qarşılıqlı ehtiyac çərçivəsində formalaşan enerji münasibətləri hər iki tərəfin maraqlarının yaxınlaşmasına şərait yaradır.

 

Nəsimi rayon sakini Ağayeva Nuridə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki