image-reklam-veteninfo
image-timthumb-1backend

Xəzər dənizinin səviyyəsi son 48 ilin ən aşağı həddinə düşüb

image-reklam-veteninfo

Xəzər dənizində suyun səviyyəsi son 48 ilin ən aşağı göstəricisinə enib.

Mütəxəssislərin məlumatına görə, son 30 il ərzində Xəzər dənizinin səviyyəsi təxminən 2,5 metr, sahilyanı ərazilərdə isə 1,5 metrdən çox azalıb.

Mütəxəssislər su səviyyəsinin azalmasının əsas səbəbləri arasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər. Bununla yanaşı, Xəzər dənizinin səviyyəsinə çaylardan daxil olan suyun həcmi, buxarlanma və digər təbii amillərin qarşılıqlı təsiri də təsir göstərir.

Dəniz səviyyəsinin davamlı şəkildə aşağı düşməsi regionun ekoloji vəziyyəti ilə yanaşı, sahil ərazilərinə, gəmiçiliyə, neft-qaz sənayesinə və biomüxtəlifliyə də təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, səviyyənin daha da azalması bəzi ərazilərdə gəmiçiliyi çətinləşdirə, sahil infrastrukturuna və ekosistemlərə əlavə təsir göstərə bilər.

Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir və onun səviyyəsində təbii səbəblərdən əhəmiyyətli dəyişikliklər baş verə bilir. Bununla belə, son illərdə müşahidə olunan uzunmüddətli azalma tendensiyası mütəxəssislər arasında narahatlıq doğurur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki