image-reklam-veteninfo
image-habil-memmedov-jpgbackend

Yaddaşlardan silinməyən qanlı tarix

image-reklam-veteninfo

“Dünyada ən ağır müharibənin də sonu olur. Haqq-ədalət əvvəl-axır irticaya və şərə qalib gəlir. Xalqımızı əmin etmək istəyirəm ki, biz sülhsevər dövlət kimi sülh yolu ilə beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə torpaqlarımızın düşmən tapdağından tam azad edilməsinə nail olacağıq. Bütün qaçqınlar öz doğma ocaqlarına qayıdacaq, ərazi bütövlüyümüz bərpa ediləcəkdir. Azərbaycan xalqının qüdrəti və iradəsi ilə qarşımıza qoyduğumuz bütün ali məqsədlərə nail olacağıq”.
Ümummilli Lider Heydər Əliyev

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biridir. 1992-ci il fevralın 26-da xalqımız öz taleyinin ən ağır və acılı anlarından birini yaşadı. Həmin gün qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən yer üzündən silindi.
XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyevtərərfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaddaşlardan silinməyən tarixi sözləri “…Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi”.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə, Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğındır. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub,1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmışdır. 487 nəfər müxdtəlif dərəcəli bədən xəsarətləri alıb, ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür.
Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Qarabağ münaqişəsinin ədalətli həllini səbirsizliklə gözləyirdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətini və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.
44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları Xocalı canilərini məhv etməklə qətliam qurbanlarının qisasını aldılar.
Bu gün hər bir azərbaycan vətəndaşı sevinc və qürur hissini yaşayır.
Hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Həmçinin, tariximizin faciəli səhifələrindən biri kimi Xocalı soyqırımı xalqımızın tarixinə qan yaddaşı kimi həkk olundu.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki