image-001-18-11-2024-3backend

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sərgi

image-reklam_sirab_01

Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) “Təsviri sənət və dizayn” dərnəyi üzvlərinin “Tumurcuq” rəsm sərgisi və animasiya nümayişi təşkil edilib.

Sərgidə Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Azərbaycanın xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Aydın Rəcəbov, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digər qonaqlar iştirak ediblər.

Sərgidə bir çox beynəlxalq və respublika müsabiqələrinin iştirakçısı və qalibləri olan istedadlı rəssamlar Kövsər Qurban və İnci Qurbanın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təbiət, mənzərə, natürmort, portret janrlarında, həmçinin Qarabağ və milli-mənəvi dəyərlərimizə, vətənpərvərlik mövzusuna həsr olunmuş 200-ə yaxın rəsm işi sərgilənib, 5 animasiya filmi nümayiş etdirilib.

Çıxış edənlər istedadlı uşaqların COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərgisini yüksək qiymətləndirib, uğurlar arzulayıb, məktəblilərin əl işlərindən ibarət belə sərgilərin təşkil edilməsinin yetişməkdə olan gənc nəslin estetik tərbiyəsinin formalaşdırılmasında böyük rolu olduğunu vurğulayıblar.

Tədbirin bədii hissəsində 3 nömrəli UGİM-in dərnək üzvləri musiqi nömrələri ilə çıxış ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image