“Türkiyənin xarici işlər naziri Hakan Fidan bugünkü mətbuat konfransında Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərdən danışarkən baş nazir Nikol Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiklərini bildirib.
Vətəninfo.az xəbər verir ki, bunu siyasi ekspert, “Atlas”Araşdırmalar Mərkəzi rəhbəri Elxan Şahinoğlu bildirib.
”Cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanmalıdır” – deyən Hakan Fidan bununla Ankaranın Ermənistanda tərəfini seçdiyini bildirib”-deyən Şahinoğli əlavə edib ki, Ankaranın strategiyası doğru strategiyadır: “Bunu gizlətməyin mənası yoxdur, həm Ankara, həm də Bakı Nikol Paşinyanın lideri olduğu partiyanın seçkidə qələbə qazanmasını istəyir”.
Siyasi ekspert qeyd edir ki, mümkündür ki, rəsmi Bakı da oxşar bəyanatla çıxış etsin: “Mümkün bəyanatda o da vurğulanmalıdır ki, indiki mərhələdə Azərbaycanla sülhün əleydarları Ermənistanda hakimiyyətə gələrlərsə, bu, bölgədə qurulmağa başlanan sabitliyə təhlükə yaradacaq. , bunun ölkələri üçün ağır nəticələrə gətirib çıxaracağını anlamalıdırlar”.


























