Türkiyənin ilk təyyarədaşıyan gəmisi TCG Anadolu Yunanıstanda panikaya səbəb olub. Vətəninfo.az xəbər verir ki, Yunanıstanın sabiq vitse-admiralı Vassilis Martzoukos Türkiyənin bu gəmisini yunanların qorxulu kabusu adlandırıb.
Vitse- admiral bildirib ki, türk hərbi sənayesinin sürətli inkişafı yunanlar üçün əsl kabusdur.
Yunanıstan Strateji Araşdırmalar və Elm İnstitutunun vitse-prezidenti vəzifəsini icra edən təqaüdçü vitse-admiral Vassilis Martzoukos Türkiyənin Yunanıstanı hərbi, siyasi və diplomatik mühasirəyə almağa çalışdığını iddia edib.
Tarix boyu Türkiyənin əmin olmadan heç bir addım atmadığını ifadə edən Martzoukos, Türkiyənin yeni elektron müharibə silah sistemlərinə yüngül baxılmaması lazım olduğunu bildirib.
Türkiyənin Albaniya və Liviyada hərbi mövcudluğuna işarə edən istefada olan vitse-admiral, “Mümkün bir qarşıdurma olacağı təqdirdə Türkiyənin niyyəti Yunanıstan Silahlı Qüvvələrini tamamilə məhv etməkdir.
Türkiyənin ballistik raketlərinə diqqət çəkən Admiral, “Ancaq realist olmalıyıq. Türkiyə kimi istehsal etməliyik. Hava müdafiə sistemimiz Türkiyənin ballistik raketlərini nəzərə almalıdır” deyə bildirib.