image-reklam-veteninfo
image-1backend

Zaxarova: Diplomatlar təxliyə edilməlidir

image-reklam-veteninfo

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Ukraynanın 9 may Moskvada keçiriləcək şənlikləri pozmaq cəhdləri ilə əlaqədar olaraq xarici ölkələri diplomatlarını əvvəlcədən Kiyevdən təxliyə etməyə çağırır.

Vətəninfo.az xəbər verir ki, o xatırladıb ki, 4 may 2026-cı ildə Rusiya Müdafiə Nazirliyi Kiyevin Qələbə Günü şənlikləri zamanı Rusiya paytaxtına zərbə endirməklə bağlı təhdidləri ilə bağlı bəyanat yayıb.

Zaxarova əlavə edib ki, Moskva xarici dövlətləri və təşkilatları bu məlumatlara son dərəcə məsuliyyətlə yanaşmağa və diplomatik personalın və vətəndaşların Kiyevdən çıxmasını təmin etməyə çağırır. O, həmçinin bildirib ki, bu cür planların həyata keçirilməsi halında Rusiya silahlı qüvvələrinin, o cümlədən “qərar qəbuletmə mərkəzlərinə” qarşı “cavab zərbəsi” endirilməsi mümkündür.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki