image-reklam-veteninfo
image-1200_0_1778062003-7423backend

Zelenski: Ukrayna atəşkəs pozuntularına cavab verəcək

image-reklam-veteninfo

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın atəşkəs rejimini pozduğunu açıqlayıb. O bildirib ki, rəsmi Kiyev yaranmış vəziyyətə uyğun şəkildə cavab addımları atacaq.
Vətəninfo.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya ordusu son sutka ərzində Ukraynanın müxtəlif şəhər və yaşayış məntəqələrinə, o cümlədən Dnepr, Zaporojye və Kramatorska hücumlarını davam etdirib. Cəbhənin əsas istiqamətlərində aktiv döyüş əməliyyatları qeydə alınıb və günün əvvəlindən etibarən təxminən 30 hücum həyata keçirilib.
Prezident qeyd edib ki, gecə və səhər saatlarında 70-dən çox hava bombasından istifadə olunmaqla 20-dən artıq hava hücumu baş verib. Eyni zamanda, Rusiya müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib, Ukrayna Müdafiə Qüvvələri isə təxminən 90 dronu zərərsizləşdirib. Raket hücumlarının da həyata keçirildiyi bildirilir.
Açıqlamaya əsasən, saat 10:00-a olan məlumata görə, Rusiya tərəfi atəşkəs rejimini ümumilikdə 1820 dəfə pozub. Bu pozuntulara atəş açılması, hücum cəhdləri, hava zərbələri və dron hücumları daxildir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki