image-reklam-veteninfo
image-img-20260603-wa0034-1backend

Zeynəb Abdullayeva Avropa Məhkəməsinin qərarından imtina etdiyini açıqlayıb

image-reklam-veteninfo

Zeynəb Abdullayevanın səlahiyyətli nümayəndəsi Rəşad Quliyev şəxsi Facebook hesabında Zeynəb Abdullayevanın adından müraciət yayımlayıb.

Müraciətdə Zeynəb Abdullayeva ölkə hüdudlarından kənara çıxışına qoyulmuş məhdudiyyətlə bağlı Avropa Məhkəməsinə edilmiş müraciət üzrə onun xeyrinə qəbul olunmuş qərardan istifadə etmək niyyətində olmadığını və həmin qərardan imtina etdiyini bəyan edib.

Paylaşımda qeyd olunur ki, Zeynəb Abdullayeva və oğlu Hüseyn Abdullayev Azərbaycan dövlətinə, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursa sadiq olduqlarını bildirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiklərini vurğulayırlar.

Müraciətdə Zeynəb Abdullayeva oğlunun səhhətində yaranmış problemlərin nəzərə alınmasını və ona humanist yanaşmanın göstərilməsini arzuladığını qeyd edir. O, məsələnin Azərbaycan dövlətinin humanizm və ədalət prinsipləri əsasında müsbət həllini tapacağına inandığını bildirir.

Eyni zamanda, müraciətdə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə rəğbət ifadə olunur, Hüseyn Abdullayevlə ortaq qərar olaraq ölkəyə və dövlətə qarşı yönələn heç bir qərarı dəstəkləməyəcəkləri qeyd edilir.

Müraciətin sonunda Zeynəb Abdullayeva ümidlərinin yalnız ölkə başçısına, hüquq-mühafizə orqanlarına və məhkəmə sisteminə olduğunu vurğulayır.

Qeyd edək ki, sözügedən müraciət Zeynəb Abdullayevanın səlahiyyətli nümayəndəsi Rəşad Quliyev tərəfindən şəxsi Facebook hesabında paylaşılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki