image-406b3ca5-06be-3c06-b6f3-e836ab00cb10_850backend

ABŞ-da beynəlxalq kulinariya festivalında Azərbaycan mətbəxi təqdim edilib

image-reklam_sirab_01

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində yaşayan həmvətənlərimiz ölkəmizi Birləşmiş Ştatlarda keçirilən beynəlxalq kulinariya festivalında təmsil ediblər.

Bu barədə Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Adika İqbal məlumat verib.

Cəmiyyət sədri bildirib ki, ABŞ-da yaşayan müxtəlif xalqların mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən ənənəvi festivalda 26 ölkə iştirak edib. Festival ziyarətçiləri ölkəmizlə yanaşı ABŞ, İtaliya, Almaniya, Yaponiya, Çin, Kolumbiya, Ekvador, Qırğızıstan, Meksika, Pakistan, Fələstin, Slovakiya, Suriya, Ukrayna, Vyetnam və digər ölkələrin də, mətbəxinin ləziz təmalarını dadıblar.

Festivalda qonaqlar Azərbaycan mətbəxinə xüsusi maraq göstəriblər. Qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları – plob, dolma, kabab təqdim olunub. Festivalda ölkəmiz üçün ayrılmış xüsusi guşədə Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı kitablar, suvenirlər nümayiş etdirilib.

A.İqbal və dərnək üzvləri yerli sakinlərə, qonaqlara ölkəmizin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat veriblər.

Həmvətənlərimiz festival çərçivəsində qonaqlara Azərbaycan milli rəqslərini də təqdim ediblər. Milli musiqi qonaqlar tərəfindən maraqla alqışlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki