image-1backend

ABŞ sakini ilanlardan xilas olmaq istəyərkən evini yandırıb

image-reklam_sirab_01

ABŞ-ın Merilend ştatında kişi ilanlardan xilas olmaq istəyərkən evini yandırıb.

Vətəninfo.az-ın məlumatına görə, bu barədə “Associated Press” xəbər verib.

Yanğının zirzəmidə başladığı qeyd edilir: kişi orada yanan kömür yerləşdirib, lakin onu tez alışan materiallara çox yaxın qoyub. Nəticədə yanğın başlayıb və bütün tikili yanaraq məhv olub.

Hadisə nəticəsində dəyən zərər 1 milyon ABŞ dollar məbləğində qiymətləndirilir. İlanların vəziyyəti barədə heç nə məlum deyil.

Mütəxəssislər qeyd edirlər ki, soyuq havaların başlaması ilə ilanlar gizlənmək üçün yerlər axtarır və çat tapsalar, evə dırmaşa bilirlər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki