image-16backend

Abşeronda avtomobil 36 yaşlı piyadanı vurub

image-reklam_sirab_01

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Quliyev Musaməddin Mehdi oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun nahiyəsinin sınığı diaqnozu qoyulub. M.Quliyev reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki