image-20backend

Abşeronda avtomobil piyadanı vurub

image-reklam_sirab_01

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-ın məlumatına görə, hadisə “Riyad” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Mirzağayev Elşad Rəsul oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. E.Mirzağayevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki