image-23backend

Ağcabədi sakini həmkəndlisini bıçaqlayıb

image-reklam_sirab_01

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi olub.

Veteninfo.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-də rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Təzəkənd kənd sakini, 1996-cı il təvəllüdlü Dəyanət Hüseynov aralarında yaranan şəxsi münasibətlər zəmnində baş verən mübahisə zamanı həmkəndlisi, 1987-ci il təvəllüdlü Elşad Quliyevi qarın nahiyyəsindən bıçaqlayıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra D.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki