image-5backend

Ağcabədidə avtomobil gənc oğlanı vurub

image-reklam_sirab_01

Ağcabədidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-ın  məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən piyada, 1993-cü il təvəllüdlü Cəfərov Natiq Aydın oğlunu vurub. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı oturaq qasıq sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki