image-56backend

Ağdaşda 2 şadlıq sarayının icarədarı və toy sahibləri cərimələnib

image-reklam_sirab_01

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-pofilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən şadlıq saraylarında, eləcə də fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, yoxlamalar zamanı “Ümid” şadlıq sarayındakı toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi, “Səma” şadlıq sarayında isə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Sabir Məmmədov və Arif Nəsibov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

Eyni zamanda Ağdaş rayonunun bir neçə kəndində və şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində keçirilən 7 toy mərasimində isə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Karantin rejiminin tələblərini pozan həmin toyların sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki