image-qatarbackend

Ağstafa-Bakı və Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki müvəqqəti dəyişdirilir

image-reklam_sirab_01

Qobustan-Səngəçal sahəsində yerləşən dəmir yolu körpülərində aparılan əsaslı təmir işləri səbəbindən Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcək.

Bu barədə Vətəninfo.az-a  “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

Belə ki, 17 oktyabrdan etibarən Ağstafadan Bakıya saat 8:20 və 16:40-da yola düşən qatarların Bakı Dəmiryol Vağzalına çatma saatları 13:27 və 21:47 əvəzinə müvəqqəti olaraq saat 13:36 və 21:56-ya dəyişdirilir.

Eyni zamanda, Qəbələdən Bakı istiqamətində saat 19:00-da hərəkətə başlayan qatarların Bakı Dəmiryol Vağzalına çatma vaxtı saat 22:20 əvəzinə saat 22:31-ə təyin edilir.

Təmir işləri yekunlaşdıqdan sonra qatarlar əvvəlki qrafiklə xidmət göstərməyə davam edəcək


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image