image-377532_res_01backend

Ağstafada iki qardaş bıçaqlandı, onlardan biri öldü

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, sentyabrın 12-i saat 23 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri –Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalovaya isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 1986-cı il təvəllüdlü Sabir Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1981-ci il təvəllüdlü Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı Müşvik Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.

Sabir Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

08:52

Veteninfo.az xəbər verir ki, Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki