image-84backend

Ağstafada şagirdlər arasında olan mübahisənin təfərrüatı məlum olub

image-reklam_sirab_01

Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli orta məktəbdə şagirdlər arasında baş verən və bir nəfərəin kəsici alətlə xəsarət alması ilə nəticələnən mübahisənin təfərrüatı məlum olub.

Məktəbin direktoru Vəfa Tağıyevanın “Report”un Qərb bürosuna bildirib ki, hadisə noyabrın 27-də saat 11:40 radələrində, məktəbdən kənarda mağazada qeydə alınıb.

Duirektorun sözlərinə görə, mübahisə edən şagirdlərin hər ikisi həmin gün məktəbə getməyiblər:

“Həmin hadisə nə məktəbdə, nə də həmin şagirdlərin dərs vaxtında olmayıb. Ümumiyyətlə məktəb yoldaşına kəsici ailətlə xəsarət yetirən şagird 10 gün idi dərsə gəlmirdi. Həmin gün anası onu duz almaq üçün mağazaya göndərib. Şagirdin yaşadığı ev məktəbə yaxın ərazidədir. Küçədə xəsarət alan 6-cı sinif şagirdi ilə rastlaşıb və aralarında nə olubsa ona kəsici ailətlə yüngül kəsik xəsarəti yetirib. Mən həmin saatda məktdə idim və bir də gördüm ki, polis əməkdaşları gəldirlər. Məsələni biləndən sonra onlara da bildirdim ki, hər iki şagird dərsdə olmayıb və hadisə məktəb daxilində qeydə alınmayıb. Özləri də məsələni araşdırıb dəqiqləşdirdilər. Sonra mən xəsarət alan şagirdin evinə getdim baxdım ki, ciddi xəsarəti yoxdur. Birinci gün hər iki şagird məktəbə gəlib və bu gün də məktəbdə olublar”.

V.Tağıyeva onu da bildirib ki, hadisəni törədən 5-ci sinif şagirdinin psixoloji problemi var: “Məktəbimizin psixoloqu bu barədə mənə məlumat verəndən sonra bir neçə dəfə şifahi, 1 dəfə yzılı və bir dəfə də həmin şagirdin valideynlərini məktəbə çağırıb xəbərdarlıq etmişəm. Hətta onun bibisi də müəllimədir, o, da bizim kimi bu haqda uşağın valideynlərinə müraciət edib ki, bu şagirdi xüsusi məktəblərdən birinə köçürüb orda təhsilinə davam etdirmək lazımdır.

Bununla bağlı xüsusi sənədlərin hazırlığına da başlanılılmışdı. Təssüf ki, sənədləşmə işləri başa çatmadan belə bir hadisə oldu. Biz həmin uşağa məktəbdə xüsusi nəzarət yetiririk. Sinif rəhbərinə də tapşırmışdım ki, mütləq ciddi nəzarət yetirin ona. O, həmişə məktəbdə xüsusi nəzarət altında olub. Valideynlərinə də dəfələrlə bu haqda demişik, lakin uşağı təhsildən yayındırmaq da olmaz deyə dərsə gəlməsinə icazə vermişdim.

Çox güman ki, sənədləşmə işləri başa çatdıqdan sonra həmin şagird yaxınlarının da razılığı ilə Bakı şəhərində fəaliyyət göstərən çətin tərbiyə olunan şagirdlər üçün nəzərdə tutulan xüsusi məktəbə köçürüləcək və təhsilinə orada davam etdirəcək.”

Qeyd edək ki, Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli orta məktəbdə 1300 şagird təhsil alır və rayonun ən böyük məktəbidir. Həmin məktəbin 5-ci sinif şagirdi 6-cı sinifdə oxuyan şagirdə kəsici ailətlə yüngül xəsarət yetirib.

Faktla bağlı polis əməkdaşları araşdırma aparıb, hər iki məktəbli ilə profilaktik danışıqlar edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki