AMEA alimlərin Şuşa səfəri ilə aldadılması məsələsinə münasibət bildirib.
Akademiyadan daxil olan açıqlamada deyilir:
“Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında haqqında danışılan Şuşa şəhərinə səfərin və onun təşkilatçılarının keçirdikləri elmi konfransın AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə, Akademiyanın Humanitar Elmlər Bölməsi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Əlvan Cəfərov adlı şəxs Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi aldatması ilə bağlı məlumat paylaşılmışdı. Daxili İşlər Nazirliyi bildirib ki, faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.