image-reklam-veteninfo
image-1backend

Arvadına iş tapmaq üçün 24 manatından oldu – Polis hərəkətə keçdi

image-reklam-veteninfo

Paytaxt sakini polisə müraciət edərək əvvəlcədən tanıdığı şəxsin həyat yoldaşını işə düzəltmək vədi ilə ondan 24 min manat aldığını bildirib.

Vətəninfo.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 34 yaşlı O.Rəhimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun paytaxt ərazisində və Abşeron rayonunda müxtəlif vaxtlarda digər şəxslərə qarşı da analoji əməllər törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki