ASGA daha bir şəhidimizlə bağlı film çəkəcək.
ASGA-dan verilən məlumata görə “İGİDLİYİ İLƏ ADINI TARİXƏ YAZAN ŞƏHİD – Füzuli fatehi Əzim Həsənov haqqında sənədli film” adlı layihə çərçivəsində hazırlanacaq film aprel ayında geniş ictimaiyyətə təqdim olunacaq. Layihəyə uyğun olaraq hazırlıq, çəkilişlər və təqdimat 3 ay ərzində Bakı və Mingəçevir şəhərində reallaşacaqdır. Layihənin əsas məqsədi Şəhid Əzim Hüseynovu bütün ölkə ictimaiyyətinə, eyni zamanda, dünya azərbaycanılarına tanıtmaqdır.
Məlumat üçün qeyd edək ki, Ailənin ilk və yeganə oğlu olan Əzim, orta məktəbi 2015-ci ildə əla qiymətlərlə bitirib. Elə həmin ili yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub. Univesiteti bitirdikdən sonra hərbi xidmətə yollanan Əzimin qəhrəmanlığı da bundan sonra başlayır. Hərbi xidmətinin bitməsinə sayılı vaxt qalmağına baxmayaraq, Paytaxtda xidmət etdiyi hərbi hissədən könüllü olaraq həmlə taborundan döyüşlərə qatılır. Sentyabr ayının 27 -də başlayan döyüşlər zamanı cəbhədə kəşfiyyatçı kimi xidmətini davam edir. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə igidliklə mübarizə aparıb. Qızğın döyüş zamanı bir neçə dəfə qəhrəmanlıq göstərərək özünü və əsgər yoldaşlarını mühasirədən çıxara bilib. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən, düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır.