image-3backend

Astarada 20 yaşlı gənci avtomobil vurub

image-reklam_sirab_01

Astara rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Hüseynov Vəli Mehdi oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki