image-6backend

Astarada avtomobilin vurduğu piyada ölüb

image-reklam_sirab_01

Astarada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Astara rayon Kijəbə qəsəbə sakini Gülverdiyev Bəşir Xudaşirin oğlu xəstəxanada ölüb.

Belə ki, B.Gülverdiyev bir neçə gün öncə qəsəbə ərazisində “Ford” markalı yük avtomaşını tərəfindən vurulmuşdu.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı həkimlərin səyinə baxmayaraq bu gün səhər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki