image-23backend

Astarada qanunsuz ov edən şəxs barəsində protokol tərtib olunub

image-reklam_sirab_01

Astara rayonunda qanunsuz ov faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Ərçivan qəsəbəsi ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən həmin qəsəbənin sakini H.Qədimov saxlanılıb. Ondan qanunsuz olaraq ovladığı 4 ədəd çöl quşu, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və digər ov alətləri aşkarlanıb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki