image-28backend

Avropada itkin düşən azərbaycanlı həkim xəstəxanada tapılıb

image-reklam_sirab_01

Macarıstandan Almaniyaya səfər edərkən itkin düşən azərbaycanlı həkim Toğrul Cəfərli tapılıb.

Veteninfo.az xəbər verir ki, bu barədə onun dostları məlumat yayıblar.

Bildirilib ki, T.Cəfərli Macarıstandan Almaniyaya səfər edərkən hava limanında səhhəti pisləşib və dərhal xəstəxanaya yerləşdirilib: “Toğrul xəstəxanada müalicə aldığı müddətdə həyat yoldaşı ilə əlaqə yarada bilməyib. Ancaq artıq telefonla danışıblar”.

Qeyd edək ki, T.Cəfərli Almaniyanın Lor-am-Mayn şəhərində həkim-psixiatr işləyir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki