image-56bd5340-7bf2-4e2b-807e-b33ddff8b972backend

Azərbaycan qazına olan tələbat sürətlə artır.

image-reklam_sirab_01

Azərbaycan qazına olan tələbat sürətlə artır.

Qədim neft ölkəsi Azərbaycan dünyada özünü qaz hasilatçısı kimi də təsdiq edib.Azərbaycan qazına tələbat getdikcə artır. İxracın mənbəyi  əsasən “Şahdəniz” olsa da,digər yataqların da  yaxın illərdə  istismara daxil ediləcəyi bu sahədə ölkəmizə yeni  perspektivlər açır.Azərbaycan qazının  bu gününə və sabahına maraq  böyükdür. “Azərbaycan qazına olan tələbat kəskin artıb”.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib.Dövlət başçısı hər il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarının keçirildiyini xatırladıb.”.İndi yeni körpülər, yeni əlaqələr,interkonnektorlar üzərində işləmək, Avropanın qaz bazarında iştirakımızı genişləndirmək üzərində düşünməliyik. Bu gün, iyunun 1-nə olan vəziyyət tamamilə fərqlidir”. Azərbaycan qaz ehtiyatları baxımından münasib regionlardan biri sayılır.Qaz quruda və dənizdə hasil edilir. Uzun illər respublikamızda qaz quru sahələrdə hasil edilmişdirsə, hazırda bu nisbət kəskin olaraq dəniz yataqlarının xeyrinə dəyişmişdir.Qazın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir.Bildiyimiz kimi Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib.Burada ölkə rəhbərimiz tərəfindən söylənilən fikirlər Azərbaycan qazına olan tələbatın artacağını bir daha təsdiqləyir.Uzun illər bu tələbatın artması məqsədilə müəyyən tədbirlər görülür,potensial imkanların genişləndirilməsi habelə beynəlxalq münasibətlərin nizamlanması üçün addımlar atılır.Enerji təhlükəsizliyi və enerji ehtiyatlarının şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqlar gücləndirlir.Müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırmaq,daxili bazarda tələbatları tam təmin etmək və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamaq bu addımlar siyahısında olan öhdəliklərdən hesab edilir.Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr tərəfdaşlarımız tərəfindən təmin edilmişdir.Neft hasilatını artırmaq və beynəlxalq bazarlara çatdırmaq məqsədilə beynəlxalq sərmayədarlarla,dünyanın aparıcı enerji şirkətləri ilə fəal işlər həyata keçirilmişdir.Ötən əsrin sonunda mühüm hadisə baş verdi. Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində ixraca başlamaq və bir çox ölkələrin tələbatlarını təmin etmək mümkün oldui. Bu, neftin beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə idi. Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir.Bizim neft-qaz sahəsində nəhəng təcrübəmiz var və bu sürətlə inkişaf edir. Hal hazırda istehsalı artırmaq və mövcud infrastrukturu genişləndirmək üçün ənənəvi tərəfdaşlarımızla enerji şirkətləri ilə işləmək lazımdır. Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ildən-ilə artır.Qazanılan müvəffəqiyyətlər ulu öndər Heydər Əliyevin uzaqgörən iqtisadi siyasətinin və bu siyasətin uğurla davam etdirilməsinin  nəticəsidir.Yeni tələblərə cavab verən texniki sistemin yaradılması nəticəsində gündəlik texnoloji sərflər minimuma endirilib,istismar qurğuları modernləşdirilib, texnologiyalar  tətbiq edilib. Müasir idarəetmə və nəzarət sistemləri ilə təmin olunmuş şəbəkə yaradılıb,mövcud stansiyalar genişləndirilib və yenidən qurulub. Həm dünya miqyasında həm də ölkə daxilində qaza tələbatın artması Azərbaycan iqtisadiyyatına və inkişafına müsbət təsir göstərir.Gələcəkdə də bu inkişafın davam etməsi üçün təlimatlar  və müvafiq göstərişlər verilmiş,fəal danışıqların aparılması istiqamətində addımlar atılmışdır.

YAP üzvü Mirzəyeva Nigar

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki