image-img-20220531-wa0045backend

Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir

image-reklam_sirab_01

Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir.

Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika , demokratik hüquqi və dünyəvi dövlət nümunəsi idi.Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü,ölkədə davamlı ictimai – siyasi sabitliyi bərqərar etdi.Ümummilli liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirərək 2018-ci ildə AXC- in 100 illik yubileyini qeyd etdi.
İki dövlət – Azərbaycan və Türkiyə dövlətləri arasındakı qardaşlıq və dostluğun nümunəsi ta tarixdən bəllidir.Belə ki,məhz ADR- i ilk tanıyan da Osmanlı dövləti olmuşdur.Bu da Heydər Əliyevin ” Bir millət,iki dövlət ” tezisinə əsaslanır.İki qardaş dövlət arasında bağlanan hər müqavilə, hər saziş , keçirilən hər siyasi görüş bir daha dünyaya sübut edir ki,Azərbaycan Türkiyə dostluğu sarsılmazdır.Eyni soykökü , dil,din mədəniyyətinə və bir çox qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasındakı əlaqələrin daim inkişaf etməsinə şərait yaradır.
İkinci Qarabağ müharibəsində də Türkiyə dövlətinin Azərbaycana olan siyasi və mənəvi dəstəyi Ordumuzu birbaşa düşmən üzərində qələbəyə yönləndirdi.
Azərbaycanın bütün tarixi,milli bayram və tədbirlərində Türkiyə dövlətinin nümayəndələrinin iştirakı bu qardaşlıq və dostluğun nə qədər güclü bağlarla bağlandığını bir daha sübut edir.2022-ci il 28 May tarixində Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan , Nobel mükafatçısı dünya şöhrətli alim Əziz Səncər və ” Teknofest” təşkilatçısı , ikinci Qarabağ savaşında öz sözünü deyən
” Bayraktar” PUA-ların ixtiraçısı Selcuk Bayraktarın Azərbaycanda iştirakı və bu tədbirin məhz müstəqillik günündə təşkil edilməsi iki xalqın həm kədərinin həm də sevincinin bir olmasını göstərir.
Ən əsası , Azərbaycan- Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və turkdilli dövlətlər arasındakı münasibətlərin inkişafında da güclü təsir edir.

Nəsimi rayon 14 N-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi
Mamedova Elnurə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki