Azərbaycanda dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq.
Vətəninfo.az xəbər verir ki, bunu bu gün “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı “Sima Pay” “Azintelekom”un məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli deyib.
O bildirib ki, Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində inteqrasiyaların həyata keçirilməsi gözlənilir. Bundan sonra dəmiryolu stansiyalarında “Sima Pay”lə ödəniş etmək mümkün olacaq.
“Bundan başqa binaların girişində bu sistemlərin istifadəsi üzərində iş gedir. “Azİntelecom” daxilində bunun testlərini aparırıq. Testlər uğurlu olsa, növbəti ildən bunun yerli bazarda satışına başlayacağıq”- şöbə müdiri əlavə edib.