image-62207f8ad064462207f8ad0645164629697062207f8ad064262207f8ad0643-1backend

Azərbaycanda hamilələr kütləvi peyvəndləməyə cəlb oluna bilər

image-reklam_sirab_01

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova hamilə qadınların koronavirusa qarşı vaksinasiya olunub-olunmaması məsələsinə aydınlıq gətirib.

O deyib ki, dünya praktikasında hamiləlik və südvermə dövründə, hətta hamiləlik planlaşdıran qadınlara peyvənd tövsiyə edilmir.

Onun sözlərinə görə, lakin geniş yayılmış epidemiya və pandemiyalar dövründə virusla mübarizə aparmaq məqsədilə istisnasız olaraq, kütləvi peyvəndlənmə aparılır: “Virusun yeni növlərinin virulentliyi artdığı və virus tamalilə aradan qalxmadığı halda, o zaman hamilə qadınlar da kütləvi peyvəndləməyə cəlb oluna bilərlər. Bəzi istisnalar olmaqla bütün südverən anaların körpələrini ana südü ilə qidalanmasının vacibliyini elmi tədqiqatlarla təsdiqlənib. Hətta aktiv koronavirusa yoluxan hamilə qadınların dünyaya gətirdiyi körpələr də ana südü ilə qidalanmalıdır. Çünki bu cür infeksiyalar əsasən südlə yox, qanla anadan dölə keçir. İnsanın İmmunçatışmazlığı Virusu (İİV), kavernoz vərəm (açıq vərəm) istisna olmaqla bütün qadınlar süd verməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki