Azərbaycanın hüquq-mühafizə orqanının polkovniki İlqar Quliyev vəfat edib.
Vətəninfo.az xəbər verir ki, o, 69 yaşında Bakıda infarktdan dünyasını dəyişib.
Ötən gün dünyasını dəyişən polkovnik İlqar Quliyev Göyçayda dəfn olunub.
Qeyd edək ki, İlqar Quliyev uzun illər idi hüquq-mühafizə orqanlarında xidmət edirdi.


























