“Son 4 ildə Vəkillər Kollegiyasında qadın vəkillərin sayı 3 dəfə artıb. Belə ki, son illərdə 254 qadın Vəkillər Kollegiyasına üzv olub”.
Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda 381 xanım vəkil Bakıda və regionlarda fəaliyyət göstərir.
“Amma biz çox istərdik ki, 18 faiz olan qadın vəkillərin sayı daha da artsın. Çünki başqa ölkələrdə qadın və kişi vəkillərin sayı bərabərdir. Ali təhsil müəssisələrində hüquqşünas tələbələr arasında xanım və kişilərin sayı bərabərdir. Amma sonradan bir çoxu ola bilsin müəyyən mental xüsusiyyətlərə və ya başqa səbəblərə görə işləmirlər. Nəticədə biz böyük potensiala malik, ehtiyacımız olan xanım vəkillərdən məhrum oluruq. Mən bütün hüquqşünas xanımları işləməyə dəvət edirəm”, – Anar Bağırov qeyd edib.