image-qetbackend

Azərbaycanda vəzifəli şəxs iş otağında qətlə yetirildi – YENİLƏNİB

image-reklam_sirab_01

Prokurorluq Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Goranboy rayon prokurorluğundan Veteninfo.az-a  verilən məlumata görə, oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

14:16

Goranboyda qətl hadisəsi baş verib.

Veteninfo.az APA-ya istinadən bildirir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki