image-062300034774backend

Azərbaycanın “Biz Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq” bəyənatları yanlışdır

image-reklam_sirab_01

“Son zamanlar, Azərbaycan ən yüksək səviyyələrdə “Ermənistanla sülh müqaviləsi imzalamağa hazırıq” bəyənatları verir və ya Ermənistanı sülh müqaviləsi imzalamağa çağıran çağırışlar edir. Əlbəttə, bu çağırışların lehinə olaraq həmən hər kəsin ağlına “müharibədən sonra sülh müqaviləsi imzalanmalıdır” məntiqi fikirləri gəlir.  Azərbaycan hökümətinin əlbəttə bu çağırışları sülh məramlı, xoş niyyətli  çağırışlardır,Azərbaycanın sülhə can atdığını nümayiş etdirmək çağırışlarıdır. Lakin indiki dönəmdə bu cür çağırışlar daha çox fəlsəfi çağırışlara bənzəyir və işğal və onun üzləşdiyimiz nəticələri ilə səsləşmir. Üzləşdiyi vəziyyət isə yazılı dünya tarixində rast gəlinməyən fəlakəti əks etdirir. Digər tərəfdən, edilən çağırışlar müharibə-sonrası qaydaların xüsusiyyətlərini də əks etdirmir”.

Veteninfo.az xəbər verir ki.bu məqalə ilə siyasi şərhçi Elxan mehdiyev çıxış edib. Ekspert qeyd edir ki,əgər biz sülh müqaviləsinin imzalanması üçün çağırışlar ediriksə, bu  o deməkdir ki, biz bu məsələdə daha çox maraqlıyıq. “Biz sülh müqaviləsi imzalamağa hazırıq”  bəyənatları isə daha çox sual doğurur.  O zaman, Azərbaycan hansı şərtlər altında Ermənistanla  sülh müqaviləsi imzalamaq istəyir?  Çünki ortada çox sayda həll olunmamış məsələ vardır. Və bu məsələlər bilavasitə sülh müqaviləsinin əsasını təşkil edir. Bu şərtlər erməni tərəfinə çatdırılıbmı?  Və bu şərtləri Ermənistan qəbul edirmi?  Mən buna şübhə edirəm: “Çoxları düşünür ki, yəqin Azərbaycan tərəfini daha çox maraqlandıran məsələ Ermənistanın birdəfəlik olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması məsələsidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması sülh müqaviləsinin aparıcı elementlərindən olsa da, Azərbaycanın suverenlyini tanımaqla Ermənistan özünü törətdiyi cinayətlərin nəticələrindən sığortalaya bilməz. Və sülh müqaviləsi heç də bir-birinin suverenlik və ərazi bütövlüyünü tanımaq da deyil və onunla da bitmir.Əksinə, əgər biz sadəcə bu məsələni əsas tutaraq  sülh müqaviləsinə getsək, Ermənistan tərəfi onu imzalamaqla son 28 ildə Azərbaycan xalqına qarşı törətdiyi fəlakəti bizim köməyimizlə ört basdır edərək aradan çıxmış olacaqdır. Əksinə, hələ bu şəkildə də imzalamamaq üçün görün  Ermənistan hansı bəhanələrə əl atacaq…”

Elxan Mehdiyevin sözlərinə görə, Azərbaycanın sülh müqaviləsi imzalaması üçün, regionda daimi sülhün və gələcək əməkdaşlığın qarşısını kəsən digər başqa məsələlərlə bərabər, iki böyük məsələ həll edilməlidir.  Onlar Azərbaycana vurulan zərərin kompensasiyası və hərbi cinayətgarların ədalət məhkəməsi məsələləridir:  “İki ən böyük şərtdən biri, bütün mülki obyektlərin məhv edilməsi  ilə bağlı vurulan zərərin Ermənistanın boynuna qoyulmasıdır. İşğal edilmiş ərazilərdəki bütün yaşayış məskənləri, şəhərlər və kəndlər yer üzündən silinib, qəbristanlıqlar, dini və mədəniyyət irsimiz məhv edilib. Müasir dünyanın qanunlarına görə, ortadakı fəlakət hərbi cinayətdir, insanlığa qarşı cinayətdir. Məhv edilmiş yaşayış və dövlət obyektlərinin zərəri on milyardlarla ABŞ dolları ilə ölçülür”.

Siyasi şərhçinin Turan.az-a dərc olunan məqaləsində o da vurğulanır ki, ikincisi, ədalət olmayan yerdə heç bir zaman sülh olmaz. Etnik təmizləmə aparanlar, Qarabağda törədilən qətliamlarda əlləri olanlar və bu işlərə rəhbərlik edənlər, mülki obyektlərin məhv edilməsinə rəhbərlik edənlər hal hazırda azadlıqdadırlar.  Burada Qarabağın kəndlərində, Xocalı və Qaradağlı daxil qətliamlar törədən dəstə başçılarının və bu gün Qarabağda məlum hərbi cinayətgarların Azərbaycana təhvil verilməsi ilkin şərtlərdir: ” Əgər Azərbaycan bu məsələləri kənara qoyub sülh müqaviləsi imzalayacaqsa, demək,bütün bu cinayətləri kənara qoyub barışa gedəcək.  Amma bu cür barışın altında mina qalacaqdır.  Belə olursa, o zaman on milyardlarla ölçülən zərəri kim ödəcəyəcək?.  Xocalıya  görə kim cavab verəcək?  Bu yaddaşsızlıqa bərabər addım olardı.  Əgər burada erməni tərəfi və onun indiki aktiv havadarları oldu- bitti anlamı ilə hərəkət etməyə çalışaraq Azərbaycanı bu addımlardan çəkindərməyə çalışarsa, o zaman Azərbaycan bu məsələni beynəlxalq müstəviyə çıxarıb Ermınistanı daha da dərin quyuya sala bilər. Ona görə də Azərbaycan öz torpaqlarını təkbaşına azad etdiyi kimi, bu şərtləri də sülh müqaviləsinin tərkib hissəsi kimi Minsk Qrupu və ya başqa vasitəçi vasitəsilə yox, birbaşa olaraq Ermənistanın qarşısında qoymalıdır. Bütün muharibə sonrası dövrün qanunları belədir”.

Elxan Mehdiyev daha sonra bildirir ki, bu günlərdə məhkəmə edilən erməni diversantların işi ilə yuxarıda dediyim ədalət məhkəməsinin heç bir əlaqəsi yoxdur. Əslində onlar yox,onları döyüşə göndərənlər məhkəmə olunmalıdır. Demarkasiya məsələsi sülh müqaviləsinin bir elementi olsa da onu da sülh müqaviləsi ilə qarışdırmaq olmaz: “Sülh müqaviləsi imzalamaqda daha çox Ermənistan maraqlı olmalıdır. Seçim Ermənistanındır. Ya bu fəlakətli vəziyyətdən Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasibətləri qurmaqla çıxacaq, ya da kütləvi emiqrasiya və iqtisadi iflasla böhran daha da dərinləşəcək. Azərbaycanın Ermənistanla hər hansı iqtisadi münasibətə girməsinə ehtiyacı da yoxdur. Zəngəzur koridoru isə 9 Noyabr bəyənatının tələbidir. Belə çıxır ki, biz indi vətənimizi viran qoymuş Ermənistanı düşdüyü böhrandan çıxarmaq üçün iqtisadi platformalara dəvət edirik, yolları açırıq, əməkdaşlığa cəlb  edirik. Bəs o zaman, törətdiyi bu cinayətlərə görə Ermənistan hansı məsuliyyəti daşıyacaq?  Müharibə-sonrası quruluşun bu cür qaydalarına tarixdə rast gəlinmir. Bütün yuxarıda deyilən müharibə-sonrası sülh çağırışları işğalçının bədəl ödəməsindən sonra baş verir. Sülh müqaviləsi indiki dönəmdə Azərbaycana yox, fəlakət içində üzən Ermənistana lazımdır. Bu baxımdan, Ermənistan nə zaman törətdiyi cinayətlərə görə cavab verərsə, o zaman da sülh müqaviləsi imzalana bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki