image-img_1050backend

Mirşahindən Qubada tərs ŞAPALAQ

image-reklam_sirab_01

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı. Səhhəti ilə əlaqədar olaraq sosial mediada, xüsusilə onun qaragüruha məxsus və mövqecə ona yaxın seqmentində-vəkillərin müttəhimin səhhəti ilə bağlı qaldırdığı təkidli vəsatətlərə baxaraq qərar verən məhkəmənin humanizm baxımından atdığı bu addım yanlış təqdim və şərh edilir. Populist düşərgədə məhkəmənin qərarı elə izah edilir ki, -guya əsas işi təzyiqlər bahasına bu toplu görüb.

 

-ev dustaqlığına buraxılmaq qərarı müstəqil Azərbaycan dövlətinin məhkəməsinin yox, xaricin basqılarının, tələblərinin hansısa sanksiya təhdidlərinin nəticəsidir.
Baxmayaraq ki, sadəcə ədalətli olmaq, qərara görə minnətdarlıq etməyi bacarmaq, günahını cəmiyyətə etiraf edə bilmək və gələcəkdə belə bir xətaya yol verməyəcəyinə dövləti, xalqı əmin etmək qədər səmimi, mərdanə davranmaq daha asan və daha doğru yol olardı. Qubad İbadoğlu artıq ilk müsahibələrində köhnə bayatısını oxuyur. Yenə də həmin dalğa, həmin koordinat!
Axı niyə?
Bu addımı mən şəxsən- Ərazi bütövlüyünü bərpa etmiş dövlətdə indi də Əhali bütövlüyünün bərpa edilməsi istiqamətində çox böyük bir addım kimi qiymətləndirirəm. Qalib dövlətin-ağır ittihamlarla həbs edilmiş vətəndaşına belə özünü təmizləmək, saflaşdırmaq, tarixinin ən qürurlu zamanını yaşayan Azərbaycana layiq olmaq fürsəti verməsi tək qəbul edirəm. Bu faktı həm də Azərbaycanda aparılan məhkəmə islahatlarının real nəticəsi hesab edirəm. Ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmiş, Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələri vaxtından xeyli əvvəl, sakit bir şəkildə Azərbaycandan çıxararaq tarixinin ən uca məqamını yaşayan dövlət özünün yeni formatına, yeni məzmununa uyğun da vətəndaş cəmiyyəti hazırlayır. Qubad İbadoğlunun ev dustaqlığına buraxılması isə yəqin ki, bu qəbildən atılmış addımlardan biridir. Həm də testdir. Alicənablığa, şükranlığa, minnətdarlığa TEST. Dövlətə güc göstərmək, yersiz hikkə nümayiş etdirmək, qıcıq yaratmaq əvəzinə indi sadəcə sakit dayanmaq, ya da layiqincə davranmaq, 9 aydan sonra “yenidən doğulmuş” (hər halda mən bunu gözləyirəm), “azad olunmuş”, ev dustağını rahat buraxmaq lazımdır.İmkan verək müalicəsi ilə məşğul olsun! Ona pislik etməyək. Emosiyalarının “isti-isti”liyindən istifadə edib danışdırmaqla səhvlərə təhrik etməyək. Qubad İbadoğluya isə obyektiv, minnətdar ola biləcək qədər səmimiyyət arzulayıram.

Mir Şahin

REAL TV


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image