image-reklam-veteninfo
image-6269a76d8e4256269a76d8e42616510913096269a76d8e4226269a76d8e424backend

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Gilan əyalətinin meri ilə görüşüb

image-reklam-veteninfo

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Gilan əyalətinin meri Əsədulla Abbasi ilə görüşüb.

Veteninfo-nun məlumatına görə, görüşdə Ə.Abbasi bildirib ki, iki ölkə xalqlarının mədəni, tarixi və dini bağlılıqlarının olması ölkələrimiz arasında əlaqələrin inkişafına təsir edir:

“Astara sərhəd-keçid məntəqəsində ticarət mübadiləsini artırmaq üçün geniş potensial mövcuddur. Sərhəd çayı üzərində körpünün inkişaf etdirilməsi ilə gündəlik 1000 yük maşının gediş-gəlişini təmin etmək mümkündür”.

Ə.Abbasi ticarət əlaqələrinin Kaspian limanı və Bakı limanı arasında qatar daşıyan gəmilərdən istifadə edilməklə daha da artırılacağını bildirib.

“Rəşt-Kaspian limanı arasında dəmir yolu xətti imkanından istifadə edə bilərik. Rəşt- Astara dəmir yolunun, eləcə də Astara-Astara dəmir yolunun tikintisini tezləşdirməklə ticarət mübadiləsinin həcmini daha da artıra bilərik”,- deyə Abbasi bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki